Dini icmaların nümayəndələri Xocavəndə səfər etdi - FOTOLAR - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Dini icmaların nümayəndələri Xocavəndə səfər etdi - FOTOLAR

Cəmiyyət A- A A+

Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edib.

Ednews APA-ya istinadən xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, qurumun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə reallaşıb.

Səfərin keçirilməsində məqsəd ölkəmizin mənəvi sərvəti və dəyəri olan dini müxtəliflik, dini konfessiyalararası qarşılıqlı anlaşma, hörmət və dözümlülük, eləcə də bu amilin Vətən Müharibəsində Zəfərin əldə edilməsindəki rolu, Azərbaycanda müxtəlif dinlərə məxsus bayramların maneəsiz qeyd olunması, bununla bağlı ənənələr, müsbət tendensiyalar, o cümlədən fərqli dinlərin nümayəndələrinin bayramlarda birgə iştirak etmələri ənənələrinin təbliğ və təşviq edilməsidir.

“Həyat Sözü”, “Azərbaycan Bibliya Cəmiyyəti”, “Alov”, “Vineyard”, “Həyatverici lütf”, “Şərqdə Ulduz”, “Yeni Həyat” , Alban-udi xristian, Xilaskar Yevangelik-Lüteranların Bakı dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri”, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin kilsəsi”, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmaları, eyni zamanda “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostal Prefekturası”, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumlarının, eləcə də müsəlman icmalarının üzvləri Xocavəndin Hünərli kəndində bir sıra dini məbədləri ziyarət edəcək, şəhidlərin ruhuna dualar oxuyub, dini ayinlər icra edəcəklər.

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...