Dünya şöhrətli tədqiqatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, akademik Hətəm Quliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Əvvəlcə akademik Hətəm Quliyevin İkinci Fəxri Xiyabanda məzarı önünə tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Anım mərasimində Azərbaycanın tanınmış elm və ictimai xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər akademik Hətəm Quliyevin elm sahəsində göstərdiyi xidmətləri, elmi naliyyətləri barədə danışıblar.
Sonra görkəmli alim Hətəm Quliyevin xatirəsinə həsr olunmuş, Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən hazırlanan film təqdim olunub.