Sabirabadda bıçaqlanma hadisəsi qeydə alınıb.
Ednews apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Adəm Qurbanxan oğlu qarnının ön divarının kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına daxil olub və əməliyyata götürülüb.
Həmin şəxsi onun yaşadığı qadının 16 yaşlı oğlu - 2006-cı il təvəllüdlü Bürxanov Seyidəli Məmmədəli oğlu tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.