Metroda qatar yoluna düşərək qaçan qızlar məktəbli olublar.
Ednews xəbər verir ki, qızlar heç bir xəsarət almayıblar.
Onların hansı təhsil müəssisəsinin və neçənci sinif şagirdləri olduqları hələlik məlum deyil.
Xatırladaq ki, iki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. Dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb.
Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub.
Xətlərdə ümumən altı dəqiqə yubanma yaranıb.
***
"İki gənc qız metronun "20 Yanvar" stansiyasında stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar".
Ednews xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat ixmdətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb", - B.Məmmədov bildirib.