İki qitədə — Vyetnam və ABŞ-da — Bir analar günü “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri mina və “Agent Orange” kimyəvi silah qurbanlarının yetimlər evini ziyarət edib

Cəmiyyət 09:00 08.05.2022
 “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri Heidi Kuhn, Ukraynada gərginlik artdığı bir müddətdə, Vyetnam müharibəsinin bitməsindən təxminən 50 il sonra hadisənin günahsız mülki şəxslərə uzunmüddətli təsirləri barədə qlobal məlumatlılığı artırmaq üçün Analar Günündə Vyetnamda sülh üçün qətiyyətli addımlar atmaq qərarına gəlib.
 
“Biz ağır böhranla üz-üzəyik və müharibənin gələcək nəsillər üzərinə saldığı uzun müddətli bir kölgəni nəzərimizdən qaçırmamalıyıq. Rusiyanın Ukraynanı səbəbsiz işğalı ilə bağlı artan kimyəvi müharibə və nüvə silahı təhlükəsi müzakirə olunduqca, Vyetnamda da günahsız uşaqlar göz görə-görə əlli il əvvəlki müharibənin bədəlini ödəyirlər,” - deyə, Heidi Kuhn belə vurğulayıb. 
 
Vyetnam Müharibəsi 30 aprel 1975-ci ildə sona çatsa da, müharibənin qoyduğu “miras” atəş səsləri susdurulduqdan xeyli sonra da öz acı missiyasını torpaq üzərində davam etdirir. Altında hələ də gizli qalan mina və partlamamış sursatlar, üzrərində gəzən 100.000-dən çox günahsız insanın həyatına son qoymağa davam edir. Müharibə zamanı meşəlik əraziləri məhv etmək üçün istifadə edilən herbisid kimyəvi maddəsi olan “Agent Orange”-in uzunmüddətli faciəvi təsiri bu gün doğulan uşaqlarda böyük qüsurlara səbəb olur.
 
Ednews xəbər verir ki, şənbə günü, mayın 7-də Heidi Kuhn Vyetnamın keçmiş müharibədən dağılmış torpaqlarında Sülhün Köklərinin simvolik ağacəkmə kampaniyası reallaşdırmaq üçün Cu Chi uşaq evi və əlillər məktəbinin uşaqlarına baş çəkəcək. Hər il minlərlə uşaq müharibənin acı təsiri nəticəsində qüsurlu doğulur. “Ana olaraq biz uşaqlarımızın yer üzündə o zərif ayaqları ilə minalardan qorxmadan gəzmələri üçün onların həyat hədiyyələrini daşıyırıq. 60 ölkədə təqribən 60 milyon mina var və biz üzərində yaşadığımız ana torpağın altındakı o məhvedici toxumları çıxarmalıyıq”, - deyə, Kuhn vurğulayıb. 
 
“Müharibə dayandırılmasa, Ukrayna da Vyetnamın acı aqibətini yaşayacaq”.
 
“Sülhün Kökləri Asiya” təşkilatının sədri Frank Yih mərhum həyat yoldaşı Nensi YeNaNa adına Vyetnam uşaq evinə 5000 dollar bağışlayacaq. Çindən Vyetnama dəstək olaraq bu, bütün xalqlar arasında sülh naminə sərhədlər arasında körpü yaratmaq üçün təvazökar bir səydir.
 
“Rotary International” təşkilatının prezidenti Şekar Mehta, ərazisinin 70%-dən çoxunun müharibənin partlayıcı qalıqları ilə çirklənmiş olduğu Quang Tri əyalətində, keçmiş müharibə zonasında (KMZ) müharibənin təsirini müzakirə etmək üçün Vyetnamda Kuhn ilə görüşəcək.
 
Sülhün Kökləri təşkilatı on ildən artıqdır ki, Minalar üzrə Məsləhət Qrupu (Mines Advisory Group - MAG) ilə KMZ-da minlərlə minanın təmizlənməsi və 300.000-dən çox istiot ağacının əkilməsi ilə bağlı əməkdaşlıq edir. Sülhün Kökləri Minalıqdan Üzümlüyə proqramı çərçivəsində minalanmış əraziləri istiot və üzüm tənəkləri ilə əvəz edir. Bu həm də fermerlərin gəlirlərini artırmaq və müharibənin vurduğu zərəri bərpa etmək üçün ABŞ-da satılacaq Morton və Basset Spice şirkətinə ədviyyat ixracını təmin edir.
 
Kuhn səfəri zamanı göydən yağan bombalardan qorunmaq üçün ailələrin illərlə yerin altında yaşadıqları “Cu Chi” tunellərinə də baş çəkəcək. Ukraynalı analar müharibədən qorxaraq sığınacaqlarda yaşadıqları bir zamanda Kuhn ümid edir ki, onun sülh üçün addımları bütün dünyada minaların təcili məhv edilməsi üçün qlobal məlumatlılığı artıracaq.
 
Heydi Kuhn Stimson Mərkəzinin Müharibə İrsi İşçi Qrupunun qurucu üzvüdür, onun üzvləri Vyetnam, Kamboca və Laosda mina problemlərini həll etmək üçün birlikdə fəaliyyət göstərirlər.
 
Kuhn Analar Gününü 4 Uşağı və 6 nəvəsi ilə birlikdə qeyd etmək üçün ABŞ-a qayıdacaq.
 
                                           
Ətraflı məlumatı Sülhün Kökləri təşkilatından əldə etmək mümkündür
 
Son 25 il ərzində Sülhün Kökləri müharibə qalıqları, mina və partlamamış hərbi sursatları təmizləmək və gələcək nəsillər üçün icma və torpaqları bərpa etmək üçün dünyanın müharibədən zərər çəkən ölkələrində fəaliyyət göstərib.
 
Dünyada 500 milyondan çox kiçik fermer təsərrüfatları gündə 2 dollardan az bir məbləğə çalışır. Ailələrə dolanışıq və sabitlik bəxş edən davamlı, regenerativ gəlir mənbəyinin yaradılması münaqişədən sonrakı ölkələrdə həll edilməli olan ən aktual məsələlərdən biridir. "Sülhün Kökləri"nin köməyi ilə fermerlər məhsuldarlığın və davamlılığın artması ilə nəticələnən müasir texnologiya və əkinçilik texnikasını tətbiq etməklə gəlirləri artırmaq üçün əsas problemləri həll edirlər.
 
Sülhün Kökləri təşkilatının “Minalıqdan üzümlüyə” (“Mines to Vines”) təşəbbüsü bir milyondan çox fermer və ailəyə öz müsbət təsir göstərdi. Sülhün Kökləri minaları və müharibə qalıqlarını təmizləyərək yararsız qalan torpaqları mina əsarətindən azad edir. Təşkilat Əfqanıstanda təzə meyvə, qoz-fındıq və ədviyyatların dünya bazarlarına ixracını asanlaşdıraraq, Əfqanıstanın kənd təsərrüfatı ixracının 2014-cü ildəki 250 milyon dollar gəlirin 2020-ci ildə 1,4 milyard dollara yüksəlməsinə birbaşa töhfə verib. Sülhün Köklərini təqdir edən və ona mükafat qazandıran özünəməxsus metodologiyası var. Sülh üçün biznes modelinin qurulması metodologiyası bunlardır: müharibədən dağılmış torpaqlarda kənd icmalarına uyğunlaşdırılmış bazara əsaslanan həllərin təmin edilməsi və bütün dünyada sənaye miqyasında inkişaf üçün katalizator xidməti rolunu oynamaq.
 
Ətraflı məlumat əldə etmək və Sülhün Kökləri təşkilatına donor yardımçısı olmaq üçün  bura (https://rootsofpeace.org/) daxil olun. 
 
 
 
Aha ətraflı məlumat üçün James Faccinto ilə [email protected] email ünvanı vasitəsilə əlaqə saxlayın. 
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı