Ağstafa rayonunda qatar gənc oğlanı vuraraq öldürüb.
Ednews xəbər verir ki, hadisə Köçəsgər kəndində qeydə alınıb.
Kənd sakini, 28 yaşlı Vüsal Kamal oğlu Qocayevi yük qatarı vurub. O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.