Attestatsız direktor müavinini məktəbdə saxlayan nədir? Qalmaqal böyüyür

Cəmiyyət 17:07 16.05.2022
Bir qədər öncə Bakıda fəaliyyət göstərən 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Yusifovanın orta təhsili belə olmadan, yəni attestatsız bu vəzifəni tutması barədə yayılan məlumat cəmiyyətdə təəccüblə və eyni zamanda narazılıqla qarşılanıb. 
 
Məsələ ilə bağlı müvafiq qurumlar araşdırma aparsa da məsələ hələ ki, öz həllini tapa bilməyib.  
 
Belə ki, Bakı Şəhəri Təhsil İdarəsindən mətbuata verilən açıqlamada bildirilib ki, məsələ ilə əlaqədar hər hansı yenilik yoxdur. Əlavə məlumat olarsa, ictimaiyyətə açıqlanacaq.
 
 
3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət isə açıqlamasında direktor müavininin işdən azad olunması ilə bağlı heç bir addım atılmadığını iddia edir.
 
 
“İsmət xanım ilə bağlı yekun qərar verilməyib. O, hər səhər işə gəlir. Çox iddialı şəkildə deyir ki, məni heç kim işdən çıxara bilməz. Mən ona dedim ki, səni işdən çıxartdırmaq fikrim yoxdur, amma məktəbdə təhsilinə uyğun işlə təmin olunmalısan. Məndən öncəki direktor məsələdən agah olub, idarəyə məlumat verib. İndi olduğu kimi onda da araşdırma aparıldığı bildirilib, amma nəticəsiz qalıb”.  
 
Təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, bu problem yalnız sözügedən məktəblə bağlı deyil. 
 
 
“Təəssüflər olsun ki, bəzi məktəblərdə təsərrüfat işlərini idarə edən şəxslərin ali təhsili yoxdur. Bu əlbəttə yolverilməzdir. Müvafiq təsərrüfat işlərini idarə etmək üçün ən azı attestat təhsili olması vacibdir. Amma görünən odur ki, bu şəxs ya kiməsə arxayındır və yaxud orada ardıcıl olaraq çalışdığı üçün bu vəzifəni ona həvalə ediblər. Təsərrüfat işləri üzrə direktor müavini əsasən məktəbin təmir işləri, eyni zamanda maddi təminat sektoru sahələrinə nəzarət edir. Bura məsul müvafiq ixtisasları bitirmiş şəxslərin təyin olunması daha məqsədəuyğundur. Məsələn, texnologiya müəllimliyi ixtisasını bitirmiş şəxs bunu idarə edə bilər və s. Amma əgər bir şəxs attestatı olmadan bu vəzifəni icra edirsə, istənilən halda bu düzgün deyil. Yəqin ki, Bakı Təhsil İdarəsi və ya Təhsil Nazirliyi daha konkret cavab verərək məsələyə aydınlıq gətirəcək”. 
 
E. Əfəndi əlavə edib ki, məktəb direktoru özü hər bir şəxsi işdən çıxara bilər. 
 
“Çünki həmin istiqamət üzrə işçinin işə qəbul olunması və yaxud işdən azad olunması birbaşa direktorun səlahiyyətindədir və bu məsələdə direktor adekvat addım ata bilər”. 
 
Qeyd edək ki, 3 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Qədir qızı Yusifova 2004-cü ildə işə qəbul edilib. O, orta təhsili olmadığı halda hələ də direktor müavini vəzifəsini icra edir.

Gülnar Səlimova

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı