Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub.
Bu barədə Ednews-a Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilir ki, postmüharibə dövründə həmin kateqoriyalara aid 93 min şəxsə aylıq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, müavinət və pensiya) təyin olunub. Həmçinin, sosial ödəniş təyinatları üzrə ümumilikdə, 104 min xidmət göstərilib.