Bakıda ötən gecə Xaqani küçəsində yerləşən gecə klublarından birinin qarşısında bir qrup tələbə arasında kütləvi dava olduğu barədə məlumat yayılıb.
Ednews bizim.media-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşları 1997-ci il təvəllüdlü Nevzet Ömer Demir, 1998-ci il təvəllüdlü Harun Yusuf Çiftçi, 1997-ci il təvəllüdlü Daner Sadiq Yılmaz və 1996-cı il təvəllüdlü Gültaş Yahya Sefer sərxoş halda dalaşıblar. Münaqişə nəticəsində tələbələr bir-birlərinə xəsarətlər yetiriblər.
Hadisə iştirakçılarının Bakı Dövlət Universitetinin (BDU) III kurs tələbələri olduğu iddia edilir. Məsələ ilə bağlı BDU-nun mətbuat katibi Kəmalə Namazova açıqlamasında adları çəkilən şəxslərin BDU tələbələri olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.