"Hazırda Şuşada "ASAN xidmət" mərkəzinin qurulması istiqamətində işlər gedir.
Ednews apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, azad edilmiş digər bölgələrdə də infrastrukturun yaradılması prosesi gedir:
"İnfrastruktur işləri tamamlandıqdan sonra hansı rayonda "ASAN xidmət" mərkəzinin yaradılması məsələsinə baxılacaq".