Ötən gün 19 yanğın oldu 4 nəfər isə... - RƏSMİ - ednews.net

26 İyun,

(+994 50) 229-39-11

Ötən gün 19 yanğın oldu 4 nəfər isə... - RƏSMİ

Cəmiyyət A- A A+
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 
 
FHN-dən Ednews-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 
 
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq intihar etmək istəyən 1 nəfər və Xaçmaz rayonu, Şıxhaput kəndində sel nəticəsində minik avtomobilində təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 15 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
 
Həmçinin, Gəncə şəhərində yanğınla nəticələnən partlayış zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun və Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş yanğın zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...