Bu gün bizlər, ölkələrin öz müstəqilliyini qoruması üçün yüksək texnologiyaya malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük.
Ednews-un verdiyi məlumata görə, bu sözləri Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bu gün keçirilən "Texnofest Azərbaycan" festivalında deyib.
S.Bayraktar vurğulayıb ki, insanı ən çətin anda motivasiya edən onun imanı və hədəfləridir. O deyib ki: "Atam Özdemir Bayraktarın dediyi kimi, inanclarınızı həqiqətə əsaslandırın. İmanla başladığınız işdə ailənizə, millətə və dünyaya olan xeyirinizi əsas götürün”.
O qeyd edib ki, iki ölkənin xalqları, dövlətləri ən çətin anlarda bir-birlərinə dəstək olublar: “Bir zamanlar ürəyimizdə yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir. Şəhidlərimizin xatirəsini bir daha ehtiramla yad etmək istəyirəm. Dost ən dar günlərdə tanınar".
Rəna Mürşüd