Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu yayıb.
Mənbə bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.
"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq", - deyə DİN-dən bildiriblər.
Xatırladaq ki, Azərbaycanda məktəbli qızın evləndirildiyi barədə ilk məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə verib.
Onun sözlərinə görə, Sabirabad rayonu Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub, 1-2 həftə ərzində isə oğlan toyunun baş tutacağı deyilir.
*14:30
Azərbaycanda məktəbli qız evləndirilib.
Ednews lent.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, toy Sabirabad rayonunda olub:
“Sabirabad rayonu Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir”.