Paytaxtda ərəb turist görüdüyü qadını döydü - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Paytaxtda ərəb turist görüdüyü qadını döydü

Cəmiyyət A- A A+
Bakıda ərəb turist tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirən qadın polisə müraciət edib. 
 
Ednews xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə müraciət edən 1994-cü il təvəllüdlü F.İsayeva mayın 31-də gecə saat 02:00 radələrində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı, 2000-ci il təvəllüdlü Avadh Saeed Alajeel tərəfindən döyüldüyünü bildirib. 
 
Qafqazinfo-nun məlumatına görə, o qeyd edib ki, tanış olduğu şəxslə Nəsimi rayonu Həzi Aslanov küçəsi 97 ünvanında yerləşən binadakı mənzildə görüşüb.
 
Gecə saatlarında onların arasında münaqişə baş verib və ərəb turist 28 yaşlı qadını xuliqanlıq zəminində döyüb. 
 
İlkin araşdırma zamanı BƏƏ vətəndaşının mayın 30-da Bakıya turist kimi gəldiyi məlum olub. 
 
Müraciətlə bağlı araşdırma aparılır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...