Uşaqların aylarla zorakılığa məruz qaldığı “Sevgi Evi” qanunsuz fəaliyyət göstərirdi Sığınacaqlara kim nəzarət edir? - AÇIQLAMA

Cəmiyyət 16:30 02.06.2022
Mayın 10-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" adlı qadın və uşaq sığınacağında müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqlara qarşı zorakılıq hallarının olduğu aşkarlanıb. 
 
Sabunçu Rayon Prokurorluğunda aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan C.M.-nın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib.O cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb. Hazırda istintaq davam edir.
 
Sığınacağın təşkilatçısı isə Könül Qasımovadır. Özünü sığınacağın rəhbəri kimi təqdim edən qadın isə mətbuata açıqlamasında bu barədə danışmaq istəmədiyini, hər şeyin qaydasında olduğunu söyləyib. 
 
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, bu ilin ilk 5 ayında sığınacağa zorakılığa məruz qalmış 40 uşaq daxil olub. O qeyd edib ki, hər il ortalama zorakılığa məruz qalan, şiddət görən 250-270  uşağın problemi ilə qarşılaşılır.  
 
Uşaq sığınacaqlarının yaradılması və fəaliyyətinə kimlər nəzarət edir?
 
Məsələ ilə bağlı “Qadın və uşaq sığınacağı” Mərkəzinin sədri Mehriban Zeynalova Ednews-a açıqlaması zamanı bildirib ki, qanuna əsaslanaraq bu sığınacaqlar açıla bilər.  
 
 
“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dövlət və qeyri-dövlət təşkilatlarının nəzdində sığınacaqların açılması məsələsi var. Qanunun bir bəndində deyilir ki, sığınacaqların akreditasiyası mütləq şəkildə lazımdır. Həmin sığınacaq bu sahə üzrə ixtisaslaşıbmı, personalı varmı, saxlama yerləri uyğundur və ya deyil, bunlara baxılır. Nazirlər Kabinetinin də sığınacaqlarla bağlı əsasnaməsi var. “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda sığınacaq və sığınacağın qaydaları haqda ayrıca əsasnamə var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də bununla bağlı özünün akreditasiya olunmuş təşkilatlara qoyulan tələbləri var. Sığınacaq açılmazdan öncə Nazirlik baxış keçirir və sonra qərar verir ki, akreditasiya olunsun ya yox”.
 
Mehriban Zeynalova qeyd edib ki, rəhbəri olduğu təşkilatda və digər sığınacaqlara bu il ərzində iki yoxlama olub.
 
“Onlardan biri Nazirlər Kabinetinin özünün qərarı ilə Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ibarət böyük heyət monitorinq keçirdi. Həmin monitorinqin nəticələrini bizə demədilər və yalnız tövsiyyələr verdilər. Amma konkret sığınacaqlar vardı ki, dəyişkiliklər edilməsi barədə xəbərdarlıq etdilər. Əks təqdirdə, onların bağlanmaq ehtimalı vardı”. 
 
Mehriban Zeynalova əlavə edib ki, hər sığınacağın özünün prosedur qaydaları var. 
 
“Məsələn, biz uşaqları yalnız polis tərəfindən, yaxud Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti, qeyri hökumət təşkilatı və ya vəkillər göndərəndə qəbul edirik. Uşaq qəbulu yalnız bu mənbələrə istinad edilməlidir. Küçədə tək qalsa belə onu polisin iştirakı olmadan qəbul etmək qeyri-qanunidir. 
 
Bildiyimə görə bu sığınacaq akreditasiya olunmadan fəaliyyət göstərirdi. Uşaqları da ya özləri aşkarlayıblar ya da müraciətlər olub. Ona görə də burada monitorinqin aparılması qanunauyğun idi. Bu cür monitoqinqlərin aparılmasını dəstəkləmək lazımdır. Ölkəmizdəki sığınacaqlarda yoxlamalar il ərzində bir dəfə keçirilir. Bizdə aparılan monitorinq zamanı təklif etdim ki, belə yoxlamalar xəbərdar olunmadan aparılsın”.  
 
Gülnar Səlimova
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı