İşçi Qrupun üzvləri Cəbrayıl, Zəngilan və Şuşaya səfər etdi

Cəmiyyət 10:54 20.06.2022

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvləri və ekspertlərdən ibarət heyət 2022-ci il 16-17 iyun tarixlərində Cəbrayıl, Zəngilan rayonlarında və Şuşanın Daşaltı kəndində yerləşən mədəni, tarixi və dini abidələrə baxış keçirmək məqsədilə bölgəyə səfər edib, Zəngilan rayonunun Ağalı kəndində İşçi Qrupun növbəti iclası keçirilib. 

Ednews xəbər verir ki, İşçi Qrupun üzvləri səfər çərçivəsində Cəbrayıl rayonunda yerləşən, dövrünün ən əzəmətli mühəndis qurğularından olan Xudafərin körpülərinə, Cəbrayıl rayonu ərazisində Sultan Allahverdi hamamına və Daşkəsən kəndində məscidə baxış keçiriblər.

Baxış zamanı, eləcə də onun nəticələrinə dair Şuşa şəhərində keçirilən müzakirələrdə abidələrin mühafizəsi, qorunması, bərpası və inkişafı üzrə alim-mütəxəssislərin rəyi dinlənilmiş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 

Səfər çərçivəsində Daşaltı kəndinin ərazisinə keçirilən baxış zamanı Dövlət Turizm Agentliyinin nümayəndələri kəndin gələcəkdə turizm məkanı kimi istifadəsi ilə bağlı İşçi Qrupun üzvlərini məlumatlandırıblar. 

Daha sonra İşçi Qrup Zəngilan rayonuna səfər çərçivəsində Məmmədbəyi kəndindəki XIV əsrə aid Səkkizguşəli türbəyə, Malatkeşin kəndindəki XIX əsrə aid məscidə və Azərbaycanın orta əsrlər memarlığının ən qiymətli abidələrdən biri olan “Şəhri Şərifan”a baxış keçirib. 

İşçi Qrupun üzvləri Zəngilanın Ağalı kəndində inşa edilmiş uşaq bağçası və məktəblə tanış olmuş, heyətə “Ağıllı kənd” haqqında ətraflı məlumat verilib. 

Səfər çərçivəsində mədəni, tarixi və dini abidələrə keçirilmiş baxışın nəticələrinin müzakirəsi, qarşıda duran vəzifələrin və müvafiq tapşırıqların müəyyənləşdirilməsi məqsədilə, Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupun Ağalı kəndində iclası keçirilib. İclasda aidiyyəti qurumlar ərazilərdə mədəni irsin qorunması, bərpası ilə bağlı rəy və təkliflərini bildirib, işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələri və gələcəkdə məskunlaşacaq əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılacaq mədəniyyət ocaqları barədə ətraflı müzakirələr aparılıb. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı