Tələbələrin zəhərrlənməsi ilə bağlı qurumdan xəbər var - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Tələbələrin zəhərrlənməsi ilə bağlı qurumdan xəbər var

Cəmiyyət A- A A+

Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2 tələbəsi - Balayev İslam Oruc oğlu və İmanov Bahadur Muradxan oğlunun kolbasa məhsulundan zəhərlənməsi ilə bağlı yayılmış məlumatlardakı faktlar təsdiqini tapmayıb. 

Bu barədə Ednews-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Məlumatda bildirilir ki, adıçəkilən şəxslər ötən gün 2 saylı Kliniki Uşaq Xəstəxanasına müraciət ediblər:  

"Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib, qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Onlara “kəskin qastrit” diaqnozu qoyulub. Həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar". 

Qeyd edək ki, ötən gün günorta saatlarında Təhsil Mərkəzinin 2 tələbəsi -17 yaşlı İslam Balayev və Bahadur İmanov qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərilib. 
Yayılan məlumatlarda ilkin araşdırmalar zamanı tələbələrin kolbasadan zəhərlənməsi deyilmişdi. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...