“Əcnəbi mütəxəssislər Ağdamı “Qafqazın Hiroşiması” adlandırıblar” - İlham Əliyev - ednews.net

15 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

“Əcnəbi mütəxəssislər Ağdamı “Qafqazın Hiroşiması” adlandırıblar” - İlham Əliyev

Cəmiyyət A- A A+
“Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir”. 
 
Ednews xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Katovitsa şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasının iştirakçılarına videoformatda çıxışında deyib. 
 
“Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib.
 
Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”, - Prezident İlham Əliyev bildirib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...