Belarus konsulu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub.
Ednews xəbər verir ki, bu gün Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.
Görüşdə Azərbaycan və Belarus xalqlarının faşizmə qarşı apardığı tarixi mübarizədən bəhs olunub, bu mübarizənin ümumbəşəri əhəmiyyəti vurğulanıb.
Belarus konsulu Təşkilata İkinci Dünya müharibəsi dönəmində Belarusun azadlığı uğrunda döyüşən və bu gün də həyatda olan soydaşımıza gətirdikləri hədiyyələri təqdim edib.
Görüşdə ikitərəfli əmədkaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.