Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirov Baş Prokururluqda dindirildikdən sonra saxlanılıb.
Ednews sfera.az-a istinadən xəbər verir ki, H.Nəsirov bu vəzifəyə 2020-ci ildə təyin edilib. Onun namizədliyi Gəncə şəhəri icra başçısının müavini tərəfindən irəli sürülüb. H.Nəsirov icra başçısının müavininin qohumudur.
Xatırladaq ki, Sfera.az saytı Gəncə şəhər idman idarəsində aparılan yoxlamalarla bağlı məlumat vermişdi. Onu da əlavə edək ki, Azərbaycanın şəhər və rayon idman idarələrində yoxlamaların aparılması hallarına son aylarda tez-tez rast gəlinir.
Bundan öncə Göyçay rayonunda aparılan yoxlamalar və bununla əlaqədar başlanan istintaq araşdırılmaları zamanı dövlət vəsaitinin mənimsənilməsi faktları üzə çıxmışdı.
Yeri gəlmişkən Elşən Şirinovdan olan başqa bir narazılıq isə büdcə vəsaitini öz qardaşının rəhbəri olduğu idman məktəbinə yönəltməsidir. Ona görə də bu faktın dərindən araşdırılmasına ehtiyac var.