Gəncə Şəhər Məhkəməsinin sədri, sədrin müavini və hakimləri təyin edildi - Prezidentdən SƏRƏNCAM - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Gəncə Şəhər Məhkəməsinin sədri, sədrin müavini və hakimləri təyin edildi - Prezidentdən SƏRƏNCAM

Cəmiyyət A- A A+
Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. 
 
Ednews xəbər verir ki, Sərəncama əsasən, Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib. 
 
Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilib. 
 
Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib. 
 
Aşağıdakı hakimlər Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin ediliblər: 
 
Hüseynov Kənan Zakir oğlu 
 
Hüseynov Zaur Nazim oğlu 
 
İmanov Zaman Şakir oğlu 
 
Şirinov Gündüz Əhməd oğlu 
 
Tağıyev Cavid Tahir oğlu. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...