İyulun 5-də saat 2 radələrində Nizami rayonu ərazisində yolu keçmək istəyən Rəhman Xəlilovu İ.Orduxanovun idarə etdiyi “Hyundai” markalı avtomobil vurub.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
Mənbə qeyd edir ki, arxadan gələn Tovuz rayon sakini Ü.Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil də həmin şəxsi vurub. Xəsarət alan R.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.