BAMF növbəti nazir müavini ilə tələbələrin səmimi görüşünü təşkil etdi

Cəmiyyət 17:45 06.07.2022
Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində fərqlənən tələbələrlə uğurlu rəhbər şəxslərin növbəti görüşü baş tutub. 
 
Ednews xəbər verir ki, bu dəfə  BAMF,  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ilə tələbələrin görüşünü təşkil edib. Tədbirdə Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbində keçirilən təlimlərdə iştirakı ilə fərqlənən, sıralarında Prezident təqaüdçüləri də olan 20  tələbə  iştirak edib.  
 
Görüşün məqsədi, BAMF-ın bu layihə çərçivəsində gördüyü və görəcəyi işlərlə bağlı danışan Fondun Prezidenti Umud Mirzəyev nazir müavini Vüsal Nəsirli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Tədbirdə layihə ilə bağlı video nümayiş etdirilib, BAMF-ın əməkdaşı Səidə İsmayılova «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi ilə bağlı ətraflı məlumat verib. 
 
Daha sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tələbələrlə səmimi söhbət edib, özü haqda ətraflı məlumat verib. Bugünə qədər keçdiyi karyera yolundan danışan nazir müavini tələbəlik illərini xatırlayıb, eyni zamanda təhsilin heç bir yaşda gec olmadığını söyləyib. O tələbələrə əsas maraqlarından birinin mütaliə olduğunu və bunu bütün Azərbaycan gəncliyinə tövsiyyə etdiyini bildirib: “Mən deyərdim ki, sizin uğurunuzun açarı məhz mütaliənizin genişliyi olacaq. Növbəti əsas addımınızsa nə etməli olduğunuzu planlayın, prioritetlərinizi dəqiqiləşdirin. Ən azı qarşıdakı 5 il ərzində nə edəcəksiniz, bu istiqamətdə hansı addımları atacağınızı bilməlisiniz. Əmin olun ki, bu zaman siz uğura daha tez nail olacaqsınız”. Son zamanlar gözəl memarlıq nümunələrini gördükcə bu sahəyə ciddi marağının yarandığını deyən nazir müavini, seçdikləri sahəni gələcəkdə daha prioritet ixtisaslarla əvəz etmələri üçün onların mütləq öz üzərilərində daim çalışmalı olduqlarını, zəhməti sevməyin vacibliyini söyləyib. 
 
Nazir müavini səmimi söhbət zamanı tələbələrin suallarını da cavablandırıb. Eyni zamanda,  ƏƏSMN-nin fəaliyyəti, son illərdə nazirliyin gördüyü işlər, reallaşdırdığı ölkə əhəmiyyətli layihələrdən danışıb.  Sonda tədbirin təşkilinə görə BAMF-ın vitse prezidenti Günel Gözəlovaya və əhəmiyyətli, eyni zamanda  maraqlı layihənin icrasına görə təşkilatın rəhbəri Umud Mirzəyevə təşəkkürünü bildirib. Nazir müavini tələbələrlə səmimi söhbətdən məmnun qaldığını deyib.  
Qeyd edək ki, 2022-ci ildə BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində 10 ali təhsil ocağı (bəzilərində 2 gün), eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində olmaqla 904 tələbəyə 6 mövzu istiqamətində 54 təlim keçirilib.  Eyni zamanda, telebexidmet.az saytı vasitəsilə BAMF-a müraciət edən və layihə əməkdaşlarının öz təşəbbüsü ilə azərbaycanlı tələbələrlə yanaşı, 14 ölkədən olan xarici tələbələrlə də görüşlər təşkil olunub.   
 
Layihənin növbəti mərhələsində tələbələr üçün yay kurslarına start veriləcək və layihə boyu aktivliyi ilə seçilən tələbələr sertifikatla təltif olunacaqlar.   
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı