Bakıda 16 marşrutun hərəkətində gecikmə baş verdi - ednews.net

14 Avqust,

(+994 50) 229-39-11

Bakıda 16 marşrutun hərəkətində gecikmə baş verdi

Cəmiyyət A- A A+
Bu gün səhər pik saatlarında bir sıra küçə və prospektlərdə müşahidə olunan nəqliyyat sıxlıqları ilə əlaqədar bəzi müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr var. 
 
Bu barədə Ednews-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 
 
Bildirilib ki, vahid Dispetçer Xidmətinin məlumatına əsasən 16 müntəzəm marşrut xətti üzrə 20 avtobusun hərəkət intervalından gecikmələr yaranıb. 
 
Belə ki, Heydər Əliyev prospekti (kənar yol) şəhər istiqamətində 1, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 15-20 dəqiqə interval müşahidə olunmaqdadır.
 
Moskva prospekti kənar yol və Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən şəhər istiqamətində isə 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 119 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 12-13 dəqiqə gecikmə yaranıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...