Sabirabadda faciə - Qadın iynədən öldü - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Sabirabadda faciə - Qadın iynədən öldü

Cəmiyyət A- A A+
Sabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb. 
 
Ednews xəbər verir ki, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1980-ci il təvəllüdlü Tapdıqova Gülnaz Fazil qızı antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb.
 
42 yaşlı qadın Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. 
 
Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya daxil olan zaman onda həyat əlamətləri müşahidə edilməyib, nəbzi vurmayıb. Qohumları bildirib ki, G.Tapdıqova sınaq inyeksiyasından şoka düşüb. Apa.az-ın məlumatına görə, qadının meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb. 
 
Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...