İyulun 9-da saat 1 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən dəmir yolu xəttində Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi elektrovozla kənd sakini Rəşad Vəlibəyovu vurub.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nəticədə R.Vəlibəyov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.