Təhsil Naziri Emin Əmrullayevin internat məktəbində baş tutan toy məclisindən səmimi görüntüləri yayılıb.
Ednews xəbər verir ki, nazir görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb. O, postunda yeni ailə həyatı quran gəncləri təbrik edib.
“İyulun 12-də ictimaiyyət nümayəndələri ilə birlikdə 4 və 5 nömrəli Respublika xüsusi internat məktəblərinin məzunları, valideyn himayəsindən məhrum, görmə məhdudiyyətli Nazpəri Omanova və Elman Nuruzadənin toy mərasimində iştirak etdik. Onu da qeyd edək ki, dövlətimiz tərəfindən gənclərə bir otaqlı ev hədiyyə edilib. Gəncləri təbrik edir və xoşbəxtlik arzulayıram”.
Qeyd edək ki, ötən gün Bakının Şüvəlan qəsəbəsi 4 nömrəli internat məktəbində toy mərasimi keçirilib. Burada təhsil alan iki gənc ailə həyatı qurub. Onların şad günündə təhsil naziri Emin Əmrullayev də iştirak edib. Nazir rəqsi ilə gənclərin sevincinə şərik olub.
Ləman Abbaslı