3 saylı Uşaq evində növbəti DƏHŞƏT Uşaqlar üçün gətirilən ətləri direktor SATIR

Cəmiyyət 12:30 18.07.2022
Xətai rayonu 3 saylı Uşaq evində növbəti dəhşətli görüntülər ortaya çıxıb. İddialara görə Qurban bayramı ilə əlaqədar Uşaq evinə müxtəlif imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıq ət və heyvanlar müəssisə rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən satılıb. 
 
Ednews bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı görüntüləri 3 saylı Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva təqdim edib. 
 
Görüntülərdə iddia olunur ki, iyulun 11-də Uşaq evinə bir neçə şəxs tərəfindən qurbanlıq əti gətirilir, bir qədər sonra isə qutularla dolu ət müəssisə rəhbəri Məhbubə Hüseynovanın avtomobilinə daşınır. Kadrlarda həqiqətən də içində nə olduğu bilinməyən qutuların avtomobilə daşınması əks olunur.
 
Gülcan Nağıyevanın iddiasına görə Məhbubə Hüseynova sürücüsünə Uşaq evindən çıxarılan ətlərin satılmasını tapşırıb. 
 
Məsələ ilə bağlı Bizim.Media-ya danışan 3 saylı Uşaq evinin rəhbəri Məhbubə Hüseynova sözügedən iddialarla razılaşmayıb.
 
O, deyib ki, Uşaq evinə gətirilən qurbanlıq əti çox olduğundan hər işçiyə 2 kq olmaqla ət paylayıb:
 
“O, qutunun içini görüb? Nə bilir ətdir, ya şüşədir. Fərz edir sadəcə... Onu deyim ki, Qurban bayramı olduğu üçün bütün işçilərimə ət vermişəm. Uşaq evinə həddən artıq ət gəlir, iylənməkdənsə, zibil yeşiyinə atmaqdansa, arxayın olaram ki, işçimin evində qazan qaynayır.
 
Hərəsinə 2 kq-dan ət verilib. Açığını deyim sizə ki, Gülcan ümumiyyətlə bizə sataşır. Çünki yanvar ayında aramızda problemlər yaşandı və münaqişə də oradan başladı. İndi də hər şey qurtarıb, güncdə-bucaqda gizli foto və videolar çəkir.
 
Deyir, görün mən buranı dağıdıram,  ya yox... Dilə gətiriləsi olmasa da, o qadında nəsə psixi pozuntular var. Biz böyütmüşük, oxutmuşuq, ərə vermişik. Axırda onu öz yanıma işə düzəltmişəm. Bu da bunun çox sağ oludur”. Məhbubə Hüseynova məsələdən rayon polis şöbəsinin də məlumatı olduğunu bildirib.
 
Qeyd edək ki, Gülcan Nağıyeva Məhbubə Hüseynovanın qurbanlıq ətlərin işçilərə paylanması ilə bağı məsələyə münasibət bildirib:
 
“Yalandır, o ətlər satmağa aparılıb. Əgər işçilərə ət paylanıbsa, mənə niyə verilməyib? Mən də oranın işçisiyəm”, - deyə şikayətçi etiraz edib. 
 
Xatırladaq ki, bundan əvvəl sözügedən Uşaq evində 6 yaşlı Nuranın suçiçəyinə yoluxması, qızdırm içində olmasına baxmayaraq həkim nəzarətindən kənarda qalması ilə bağlı görüntülərini ictimailəşdirmişdik.  
 
Onu da bildirək ki, ötən ilin oktyabrında 3 saylı Uşaq Evində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi araşdırma aparıb. Müəssisədə bəzi nöqsanlar müəyyən olunub. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı