Bakıda küləkli hava nə qədər davam edəcək? - ednews.net

14 Avqust,

(+994 50) 229-39-11

Bakıda küləkli hava nə qədər davam edəcək?

Cəmiyyət A- A A+
Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraiti yağmursuz keçəcək.
 
Milli Hidrometeorologiya Xidmətindən Ednews-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
 
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
 
Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 10-15° isti, gündüz 23-28° isti olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...