Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ednews xəbər verir ki, hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota” markalı avtomobillə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində birincinin sürücüsü hadisə yerində ölüb.
Digər sürücü Şirvan şəhərində yerləşən xəstəxanaya yerləşdirilib. APA.az-ın məlumatına görə, faktla bağlı araşdırma aparılır.