Neftçala sakini su kanalında boğulub.
Ednews xəbər verir ki, hadisə Boyat kəndində qeydə alınıb. Kənd sakini, 1953-cü il təvəllüdlü İbrahimov Zakir Əyyub oğlu yaşayış məntəqəsinin ərazisindən keçən su kanalında boğulub.
Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.