Ali məktəblərə qəbul planının artırılması gözlənilir.
Ednews xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı brifinqdə deyib.
Nazir vurğulayıb ki, ali məktəblərə əlavə olaraq 11000 tələbənin qəbul olunması, yüksək peşə təhsili olan tələbələrin sayının isə 10 000 artırılması planlaşdırılır.