Qlobal proseslərin Azərbaycanın ərzaq təhlükəsizliyinə təsirləri açıqlandı

Cəmiyyət 15:00 29.07.2022
“Azərbaycan torpaq və su resursları məhdud olan ölkələrdən biridir və iqlim dəyişikliyi birbaşa Azərbaycanda torpaq və su resurslarına mənfi təsir göstərir". 
 
Ednews xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Real” TV-yə müsahibəsində deyib. 
 
"Ərzaq təhlükəsizliyi təhdidləri və çağırışları yaradan, dövlətləri narahat edən səbəblərdən biri qlobal səviyyədə iqlim dəyişiklikləri, qlobal istiləşmə ilə bağlıdır.
 
Ötən ilin sonunda BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO ) dünyanın torpaq və su resursları-sistem tənəzzül astanasında adlı hesabat dərc edib. Bu hesabatın əsas məğzi ondan ibarət idi ki, hazırda dünya əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün artıq torpaq və su resursları özlərinin son istifadə imkanları həddindədir.
 
Bundan artıq bizim torpaq və su resurslarımız yoxdur. Nəzərə alsaq ki, 2050-ci ilə qədər dünya əhalisinin sayının 10 milyarda yaxınlaşması gözlənilir, o cümlədən qlobal istiləşmə problemi daha kəskin formada artmağa başlayacaq və həmin hesabata görə son 20 ildə dünyada 191 milyon hektar ərazi əkin dövriyyəsindən çıxıb. Yəni, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyini ən böyük stress altında saxlayan amillərdən biridir. Azərbaycan üçün də bu hal xarakterikdir", - deyə nazir bildirib. 
 
Onun sözlərinə görə, əkin dövriyyəmizin əsas hissəsi 1 milyon hektar ərazi taxıl məhsullarının istehsalı üçün istifadə edilir:
 
“Bunun təqribən 50 %-i suvarılan, digər 50 %-i isə dəmyə ərazilərdir. Quraqlığın gələcəkdə kəskinləşməsi qaçılmazdır. Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-ci ilə qədər Azərbaycanı səhralaşmaya məruz qalan 20 ölkə sırasına daxil edib. Ona görə də su və torpaq resurslarının düzgün istifadə etmək ən vacib amillərdən biridir. Ərzaq təhlükəsizliyi kontekstində ən vacib istiqamət məhz buğda və taxıl məhsulları ilə özümüzü təmin etməyimizdir. Bu məsələlərin aktuallaşdığı ilk günlərdən Prezident İlham Əliyevin ilk tapşırıqlarından biri olub ki, bununla bağlı təkliflər hazırlanmalıdır”. 
 
İ.Kərimov deyib ki, indiyə qədər kənd təsərrüfatının bütün sahələri, o cümlədən əkinçilik və taxılçılıq sahəsi dövlət tərəfindən dəstəklənir:
 
“Əkinçilik sahəsində birbaşa subsidiyaların və texnikaların verilməsi ilə bu sahə dəstəklənir. Həmçinin, Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər barədə” Fərmanın məqsədi bu sahədə dəstək tədbirlərini gücləndirmək, əkin subsidiyasından əlavə fermerlərimizə məhsul subsidiyasını təqdim etməkdir. Ərzaqlıq buğda əkən fermer hektara görə ödənilən subsidiyadan əlavə məhsul subsidiyası alacaq. Hesab edirik ki, bu kifayət qədər təşviqedici alətdir. Bu fermerləri həvəsləndirəcək ki, ərzaqlıq buğda əksinlər”. 
 
O həmçinin qlobal dəyişikliklərin ölkəyə təsirindən danışıb:
 
“Son illər dövlətləri narahat edən, onların qarşısında təhdid kimi duran məsələlərdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu, təhdidləri yaradan, onlara səbəb olan bir sıra amillər var. Bunlardan birincisi son bir neçə ildə koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı çətinliklər aqrar sahədə yan ötüşməyib, məhsul istehsalında, həm də məhsulun daşınmasında, həm də logistika baxımından bir çox çətinliklər yaradıb. Bu da ölkələrin kənd təsərrüfatı məhsulu ilə özünütəminetməsində bir sıra çətinliklər yaradıb və bununla əlaqədar bir sıra dövlətlər ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər və qadağalar qoyublar.
 
Bununla yanaşı, digər səbəblərdən biri də regionda baş verən konfliktlərlə bağlıdır. Münaqişə məhsulun istehsalına mənfi təsir göstərir, o cümlədən məhsulun həmin ölkələrdən çıxarılması, digər ölkələrə çatdırılması, dövlətlərin ərzaq təhlükəsizliyinin təminatında çətinliklər yaradır”. 
 
Nazir əlavə edib ki, dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin artması kənd təsərrüfatı sahəsinə birbaşa təsir edən amillərdən biridir:
 
“Bu, həm fermerlərin gəlirliliyinin azalmasına səbəb olur. Bəzi hallarda fermerlər tərəfindən istehsal vasitələrinin istifadəsinə mənfi təsir göstərir, məhsuldarlıq aşağı düşür və qiymətlərin volatilliyi kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərən amillərdən biri kimi çıxış edir". 
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı