“3 avqust tarixində “Qarabağ” futbol klubumuz ilə gözəl Bakımızda qarşılaşacaq Macarıstanın əsas futbol klubu “Ferentsvaroş”un oyunçularına bu gün viza verildi”.
Ednews xəbər verir ki, bu informasiyanı özünün Facebook hesabında Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşı Samir Musayev yazıb.
“Komandanın məsul əməkdaşı ilə dostcasına görüşümüz oldu və o, bizə klubun köynəyini hədiyyə etdi”, deyə o, qeyd edib.
Xatırladaq ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.