Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissə¬lərində gənc əsgərlərin andiçmə mərasimi keçiril¬ib.
Xidmətin mətbuat mərkəzindən Ednews-a verilən xəbərə görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər gənc əsgərlərin DSX-nin heyə¬ti sırasına daxil olmalarının sərhəd mühafizəsinin 103-cü ildönümünə təsa¬düf etdi¬yini, Prezi¬dent İlham Əliyevin rəh¬bə¬rliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mə¬tinliklə döyüş¬müş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini vurğulayıb.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd¬lərimizi şərəflə qorumaq məsuliy¬yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq-larına əminlik ifadə olunaraq onlara müvəffəqiy¬yətlər arzulayıb.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatdırıb.