Qapanlı kəndi ilanların hücumuna məruz qaldı

Cəmiyyət 17:26 09.08.2022
Tərtərdə ilanlar yaşayış məntəqəsinə hücum edib. 
 
Ednews xəbər verir ki, rayonun Qapanlı kəndi ilanların hücumuna məruz qalıb. 
 
Keçmiş cəbhəyanı kənd olan Qapanlının müəyyən hissəsi hələ də minalı olduğundan orada ilanların artması üçün münbit şərait var. 
 
Kənd ərazi nümayəndəsi Lətif Həmidov APA-ya açıqlamasında bildirib ki, son günlər yerli sakinlər və heyvanlar arasında ilansancma hadisələri mütəmadi hal alıb. 
 
AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi, zoologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov APA-ya açıqlamasında deyib ki, ola bilər ki, kəndin ətrafında ya şumlama işləri, ya da söküntü-tikinti işləri aparılıb: 
 
“Bu cür xarici təsirlər ilanları müvəqqəti olaraq öz yaşayış yerini tərk etməyə sövq edir”.
 
O, əlavə edib ki, isti, quraq ərazilərdə ilanlar çox olur. İlanların yaşayış ərazisində müşahidə edilməsinə gəldikdə isə alim bunu o ərazidə məskunlaşmanın az olması ilə əlaqələndirib: 
 
“Giriş-çıxışı çox olan, səs-küylü, şumlanan, söküntü, tikinti aparılan yerlərdə ilanlar olmur”. Alimin sözlərinə görə, ilanlardan qorunmaq üçün ilk şərt yaşayış ərazisini olan üçün münbit etməməkdir:
 
“İlanlar siçan-siçovul, qurbağa və kərtənkələ olmayan abad yerlərə gəlmir. Onlar üçün gizlənə biləcək yerlərin olmamasına da diqqət etmək lazımdır. Daş, ot qalağı ilanın rahatlıqla gizlənə biləcəyi yerlərdir. İlanlar iyə həssas olduğu üçün onun sevmədiyi qoxulardan istifadə etmək olar.
 
İlanlar nəfəs yollarını qıcıqlandıran istənilən iydən qaçır. Neft, sarımsaq, kükürd kimi məhsulları əraziyə səpdikdə ilan o əraziyə yaxın gəlmir. Lakin bu müvəqqəti həldir. O iy uçub getdikdən sonra təbii ki, təsiri də itir”.
 
Təvəkkül İskəndərov ilanları zəhərləmək üsulunun mümkünsüzlüyündən də danışıb: 
 
“İlanlar diri, qoxusu üstündə olan canlılarla qidalanırlar. Qurbağa, siçovul, quş balası, kərtənkələ yeyirlər. Buna görə də onları zəhərləmə yolu ilə öldürmək mümkün deyil”. 
 
Alim qeyd edib ki, bu ərazilərdə yalnız gürzə kimi zəhərli ilana rast gəlinə bilər. Digər ilan növləri isə nə qədər aqressiv olsa belə insana ziyan verə bilməz. 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı