Qusarda üzərinə ağac düşən 83 yaşlı kişi öldü - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Qusarda üzərinə ağac düşən 83 yaşlı kişi öldü

Cəmiyyət A- A A+
Qusar rayonunda üzərinə ağac düşən 83 yaşlı kişi ölüb.
 
Ednews xəbər verir ki, hadisə rayonun Avaran kəndində qeydə alınıb.
 
Belə ki, kənd sakini, 1939-cu il təvəllüdlü Yanvar Zuxayəddin oğlu Qaraxanov meşədə üzərinə ağac düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı koma vəziyyətində Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma davam etdirilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...