Xaçmazda yanğın başlayıb.
Ednews xəbər verir ki, məlumata görə, yanğın rayonun Sibiroba kəndində qeydə alınıb. Biçilmiş taxıl sahəsindən başlayan yanğın daha sonra kol-kosluq əraziyə keçib.
Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi işləri davam etdirilir.