Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Cəmiyyət A- A A+
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini avqustun 23-dək uzadıb.
 
Ednews “Rosaviasiya”ya istinadən xəbər verir ki, təyyarələr Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar məhdudlaşdırılıb.
 
Xatırladaq ki, Rusiyanın cənub və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir. Rejimin müddəti artıq ardıcıl 29-cu dəfədir ki, uzadılır. “Rosaviasiya” aviaşirkətlərə uçuşları alternativ marşrutlarla təşkil etməyi tövsiyə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...