Bugün "İrəli" İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Ednews xəbər verir ki, daha sonra vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransda "İrəli" İctimai Birliyinin 2020-2022-ci illəri əhatə edən işlərindən bəhs edən 7 dəqiqəlik videoçarx nümayiş etdirilib.
Daha sonra tədbir "İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlının çıxışı ilə açıq elan olunub. O, İİB-nin üzvlərindən olan bir çox gəncin ön cəbhədə, minlərlə gəncin isə arxa cəbhədə mübarizə apardığını deyib.
Şahin Rəhmanlı həmçinin 44 günlük müharibədən və "Dəmir Yumruq" əməliyyatından da danışıb.
Qeyd edək ki, konfransda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, media mənsubları və 500-ə yaxın gənc iştirak edib.
Xatırladaq ki, “İrəli” İctimai Birliyi 26 avqust 2003-ci ildə ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlayıb, 24 dekabr 2008-ci ildə isə gənclər təşkilatı olaraq təsis edilib. Təşkilatın əsas məqsədi sağlam, vətənpərvər və rəqabətədavamlı gənclər şəbəkəsi yaratmaqla dövlət gənclər siyasətinə töhfə verməkdir.
Nəzrin Beydiyeva