Xəbər verdiyimiz kimi, bugün "İrəli" İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib.
Ednews xənər verir ki, İdarə Heyəti sədrinin hesabatı dinlənildikdən sonra yeni tərkibdə İdarə Heyəti və onun sədrinin ümumi yığıncağın iştirakçıları tərəfindən seçilməsi barədə məlumat verilib. Qaydalar elan olunduqdan sonra səsvermə keçirilib, İdarə Heyəti sədrinin hesabatı qəbul edilib.
Daha sonra yığıncaqda təşkilatın yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunub. Namizədlərin adları elan edildikdən sonra İdarə Heyətinə seçkilər keçirilib.
Şahin Rəhmanlı, Azər Əmirov, Elvin Səhətbəyli, Fatimə Məsimli, Anar Qurbanov, Kənan Əliyev, Orxan Rüstəmov, Ramtiq Alızadə və Gövhər Ağazadə Birliyin İdarə Heyətinin üzvləri seçiliblər.
“İrəli” İctimai Birliyinin yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra İdarə Heyətinin sədri vəzifəsinə namizədlərin adları elan olunaraq, seçkilər keçirilib. Şahin Rəhmanlı yenidən iki il müddətinə təşkilatın İdarə Heyətinin rəhbəri seçilib.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı göstərilən etimada görə Birlik üzvlərinə təşəkkürünü bildirib, bundan sonra da gənclərin hərtərəfli inkişafı istiqamətində öz səylərini əsirgəməyəcəyini qeyd edib.