Göyçay rayon Uşaq Musiqi Məktəbində baş verən hadisə ilə bağlı məsələ Mədəniyyət Nazirliyi tərəfindən araşdırılır.
Bu barədə Ednews-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaxın günlərdə ictimaiyyətə daha geniş məlumat veriləcək.
Qeyd edək ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb.
Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq, yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimlər etiraz edərək onu məktəbdən qovublar.