Məşhur israilli ekspert Arye Qut dünyasını dəyişib.
Bu barədə informasiyanı Ednews-a ekspertin həyat yoldaşı verib.
Xatırladaq ki, Arye Qut Bakıda anadan olub, Bakı Dövlət Universitetini (Beynəlxalq Əlaqələr fakültəsi) bitirib və orada müəllimlik edib. 2000-ci ildə İsrailə köçüb.
O, müsahibələrinin birində deyib: “Mən israilliyəm, İsraili sevirəm, yəhudi xalqını sevirəm, eyni zamanda vətənimi - Azərbaycanı və Azərbaycan xalqını da sevirəm”.