“Bakı- Quba yolunda baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.
Ednews xəbər verir ki, bu barədə TƏBİB-dən Bizim media-ya Şimal bürosunun sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib.
Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.
Qeyd edək ki, Bakı-Quba yolunun Şabranın Aygünlü kəndindən keçən hissəsində mikroavtobus aşıb.Nəticədə 16 nəfər yaralanıb, bir nəfər isə ölüb.