Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırılacaq - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırılacaq

Cəmiyyət A- A A+
Azərbaycan və Sinqapur arasında gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqlar aparılıb.
 
Dövlət Vergi Xidmətindən Ednews-a verilən məlumata görə, danışıqlarda Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Maliyyə Nazirliyinin, Sinqapur tərəfindən isə Daxili Gəlir İdarəsinin ekspertləri iştirak ediblər.
 
Müzakirələr Sinqapur şəhərində keçirilib. Saziş imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacağı və məlumat mübadiləsi üzrə effektiv münasibətlərin formalaşacağı vurğulanıb.
 
Müzakirələr qarşılıqlı anlaşılma şəraitində keçib, hər iki tərəf açıq qalan müddəaların tez bir zamanda razılaşdırılması istiqamətində səylərin göstərilməsi barədə razılığa gəliblər.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...