Azərbaycanın "Azerbaijan Cyber Army" xaker qrupu bir sıra erməni saytlarını sıradan çıxarıb.
Ednews xəbər verir ki, bu barədə sözügedən qrupun "Telegram" hesabında məlumat verilib.
Kiber hücumların Vətən müharibəsinin başlamasının ildönümünə həsr edildiyi vurğulanıb.
"Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə Azərbaycan hakerləri təxribatla məşğul olan birçox erməni saytlarını “sındıraraq” Cənab Prezidentin Dəmir Yumruq mesajını verdi", - deyə xaker qrupunun açıqlamasında bildirilib.