Qusarda iki nəfər göbələkdən zəhərlənib.Ednews Bizim.Media-ua istinadən verfiyi məlumatına görə, Qusarın Hil kənd sakinləri-52 yaşlı Şıxmət Əspəndi oğlu Şıxov və Zöhrət Suliddin oğlu Şıxqayıbov zəhərlənmə diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına gətiriliblər.
Onların yedikləri göbələkdən zəhərləndikləri bildirilir.
Hazırda hər iki şəxsə təcili yardım şöbəsində tibbi xidmət göstərilir. Xəstələrin vəziyyətlərinin stabilləşdiyi bildirilir.