IV Dünya Köçəri Oyunları çərçivəsində Türkiyənin Bursa vilayətinin İznik şəhərində “Şuşa sərgi”si açılıb.
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirlliyinin rəsmi “twitter” hesabında məlumat verilib.
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil olunan sərgini Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, TDT Ağsaqqallar Şurasının Azərbaycandan olan üzvü Həsən Həsənov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər yüksək səviyyəli rəsmi şəxslər ziyarət edib.