Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
Ednews-un məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 1986-cü il təvəllüdlü Aslan Aslanovu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.