Azərbaycanın mina təhlükəsi ilə bağlı bir qrup QHT rəhbəri bəyanat verdi

Cəmiyyət 18:09 02.10.2022
"Son üç gündə 2 nəfər mülki şəxs minaya düşərək həlak olub, 4 nəfər isə ağır yaralanıb”
 
Ednews xəbər verir ki, Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramında çalışan Qeyri-Hökumət Təşkilatları beynəlxalq təşkilatlara son günlər ölkəmizdə baş verən mina hadisələri ilə bağlı bəyanat ünvanlayıb. Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib. 
 
Bəyanatda deyilir:
 
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməlləri hələ də davam edir. Son günlər Füzuli, Tərtər və Xocavənd rayonlarında 2 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən mina insidentlərinin baş verməsi də bu əməllərin davamıdır.
Biz vətəndaş cəmiyyəti qurumları olaraq son günlər baş verən və mülki vətəndaşlarımızın dünyasını dəyişmələri ilə nəticələnən mina hadisələrindən dolayı böyük narahatçılıq hissi keçiririk. Düşünürük ki, əgər Azərbaycanın bəşəri mina probleminə dünya ictimaiyyəti ciddi yanaşmazsa, beynəlxalq səviyyədə buna hüquqi qiymət verilməzsə, hər ötən gün insanlığa qarşı yönəlmiş bu cinayət daha da dərinləşəcək və daha çox insanın həyatına son qoyacaq. Çox təəssüf ki, baş verən mina hadisələri bu problemin təhlükəsinin ciddiyətini və tərəfimizdən edilən çoxsaylı çağırışların, verilən mesajların və bəyanatların əhəmiyyətini bir daha təsdiq edir.
 
Hazırda erməni təxribatçıları işğaldan azad edilmiş ərazilərimizə gizlin yollarla daxil olur və həmin sahələri minalayırlar.  Sentyabrın 12-13 tarixlərində Azərbaycan – Ermənistan sərhəddində baş verən döyüşlərin səbəblərindən biri də bu təxribatla bağlıdır. Yeri gəlmişkən, hərmin ərazilərə baxış keçirilərkən ermənilərin yenidən minlərlə mina basdırdıqları aşkarlanıb.
Təsadüfi deyil ki, 2020-ci ilin 10 noyabr müqaviləsindən sonra indiyədək əksəriyyəti mülki şəxslər olmaqla 230-dan çox vətəndaşımız mina hadisəsinin qurbanı olmuşdur. Onlar arasında həmin ərazilərdə xidmət aparan sosial-infrastruktur layihələrinin işçiləri və hərbi qulluqçular da vardır.  
 
Hazırda dünya ictimaiyyəti Ermənistanın qanunsuz yollarla Azərbaycan ərazilərini yenidən minalanmasına göz yumur və susqunluq nümayiş etdirir. Vətəndaş cəmiyyəti təşkilatları olaraq beynəlxalq təşkilatların, donorların ölkəmizin mina probleminə, təəssüf ki, etinasız yanaşmasının şahidi oluruq. Biz BMT və onun agentliklərinə, beynəlxalq təşkilatlara o cümlədən, donorlara, investorlara müraciət edir və Azərbaycanın qlobal mina probleminin həllinə dəstək olmağa çağırırıq. 
 
Beynəlxalq təşkilatlar Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provokativ tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsi, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə çağırırıq! Bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmasına etiraz ediməli və hüquqi qiymət verməlidir.”
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı